​OPEK Rusiyaya təklif göndərdi: səbirsizliklə...

Baxış sayı:
5170

OPEK Rusiyanı müşahidəçi ölkə qismində təşkilata qoşulmağa dəvət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika, Sənaye və Mədəni Ehtiyatlar naziri Xalid əl-Fəlih məlumat yayıb. O, OPEK-in tərkibindəki bütün dövlətlərin Rusiyanın iştirakından məmnun olacağını bildirib:
“Rusiyanı müşahidəçi kimi dəvət etmişik. Onlardan təşkilata qatılmaq üçün rəsmi tələb gəlməsini səbirsizliklə gözləyirik”.
Rusiyanın Energetika naziri Aleksandr Novak isə Moskvanın sözügedən təklifi diqqətlə nəzərdən keçirdiyini deyib.