Özünü idarə edə bilməyən hakim matçı “idarə” edərsə... - Video

Baxış sayı:
11770

Çexiya Gənclər Liqasının oyununda qəribə hadisə baş verib.

"Yeni Sabah" xəbər verir ki, "Beroun" - "Slani" matçına yan xətt hakimi Milan Sefara sərxoş halda  çıxıb.

Laynsman dəfələrlə yerə yıxılaraq tamaşaçıları şənləndirib. Hazırda Mərkəzi Bogemiya Regional Futbol Assosiasiyası insidenti araşdırır.

Alkoqol qəbul etdiyi sübuta yetiriləcəyi təqdirdə, hakimi ciddi cəza gözləyir.