Paşinyandan sonra o da oğlunu Qarabağa göndərdi
17-07-2018 14:55
Baxış sayı:
3670

Ermənistan müdafiə naziri David Tonoyan oğlu Edqar Tonoyanı dünən hərbi xidmətə yola salıb.
Bu barədə “Nyus.am” (“News.am”) saytı məlumat yayıb.
Onun Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağda xidmət edəcəyi bildirilir.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qarabağda xidmətə yollanmışdı. (axar.az)