PKK-çı polkovnik TÜRKİYƏYƏ SIĞINDI

PKK-ya xidmət edən polkovnik Silo, Azad Suriya Ordusu (ASO) vasitəsi ilə Türkiyədən sığınacaq tələb etməklə, təhlükəsizliyinə təminat istəyib.
Əsas onurğasını terror təşkilatı PKK-nın Suriya qolu YPG-dən təşkil olunan SDG-nin (Suriya Demokratik Qüvvələri) keçmiş sözçüsü olan Talal Silo, dünən Cerablusa keçərək, ASO qoşunlarına təslim olub. Cerablusa qədər bir “Cip” avtomobili ilə gələrək ASO-ya təslim olan Silo, sonradan Türkiyəyə gətirilərək sorğulanmaq üçün MİT-ə təhvil verilib.
ASO-dan AÇIQLAMA
ASO isə Talal Silonun təslim olmasını "Türkiyəyə sığınma” kimi qiymətləndirib. Twitter hesabından verdiyi açıqlamada ASO, "Suriya Demokratik Qüvvələrinin SDG (PKK/PYD) sözçüsü polkovnik Talal Silo, ASO ilə koordinasiya içində milis gücündən ayrılaraq Cerablusa gəlib” deyə, bildirilib. Əldə edilən məlumata görə, Talal Silo, bir əmioğlusunun vasitəsilə Türk rəsmiləri ilə təmasa keçib. Təxminən bir həftəlik danışıqlardan sonra üç nəfərlə Cerablus şəhərinə Silo, burada ASO qüvvələrinə sığınıb. Müəyyən təhlükəsizlik aramalarından sonar polkovnik və yanındakılar şəhər mərkəzinə aparılıb.
POLKOVNİK CAN TƏHLÜKƏSİZLİYİ İSTƏYİB
Cerablusta ASO və Türk əsgərləri və Türkiyə kəşfiyyatından olan adamlarla qarşılanan Silo, Türkiyəyə aparılması üçün dərhal hazırlıqlara başlanılıb. Ehtimal olunan hücum, yaxud sui-qəsd təhlükəsinə qarşı gizli bir əməliyyatla Türkiyəyə gətirilməsi üçün hərəkətə keçilib. Və bu yöndə Silonun Türkiyədən sığınacaq və təhlükəsizlik təminatı istədiyi də bildirilib.
POLKOVNİK SİLO TÜRKMƏN MƏNŞƏLİDİR
Vətəndaş müharibəsindən öncə Suriya ordusunda polkovnik rütbəsində xidmət edən 1965-ci il təvəllüdlü Talal Silo, Çobanbey-Elbeyli zonasından Türkmən mənşəli bir Suriya vətəndaşı kimi tanınır. Silo, Suriyada müharibə başladıqdan sonra Hələb vilayətinin şimalında Səlcuq Briqadasını qurub. Bu briqada Türkmən şəhəri Əl Rai (Çobanbey) ətrafında yerləşib. Bu şəhər 2015-in yanvar ayında İŞİD-in keçib. Səlcuq briqadası, 20150in avqustunda müxalif İnqilabçılar Ordusuna qoşulub. Oktyabr ayından isə SDG-yə qatılıb.
SDG-nin 17 oktyabrda terror təşkilatı İŞİD-dən Suriyadakı mərkəzi Rakka şəhərini almasından sonra oktyabrın 20-də bu şəhərin stadionundakı mətbuat konfransında Talal Silo bir qələbə çıxışı etmiş və bunları demişdi: "Qələbəmiz terrorizmə qarşı qazanılmış bir qələbədir. Bu tarixi qələbəni bütün bəşəriyyətə ithaf edirik. SDG Komandanlığı olaraq Rakkanın rəhbərliyini "Rakka Mülki Məclisinə” təhvil verəcəyimizi bildiririk. Əyaləti bütün sərhədləri ilə birlikdə bütün təhdidlərə qarşı qoruduğumuzu söz veririk".
Onu da qeyd edək ki, SDG-nin sözçüsü polkovnik Silo Türkiyəyə əliboş gəlməyib və bölgənin gələcəyi ilə bağlı Türkiyə rəsmilərlə çox önəmli məlumatları bölüşdüyü bildirilir.
Müxalifət.az