PKK-da qadın böhranı

Baxış sayı:
6898

 Türkiyənin Qəndili məhv etmək üçün başladığı əməliyyat əmin addımlarla terror bazasının mərkəzinə doğru irəliləyərkən, terror təşkilatında yenə qadın böhranı baş verib.
 
Bölgədən gələn məlumatlara görə, PKK-da qadın düşgünü kimi tanınan Durak Qalxan, Cəmil Bayık kimi terrorçubaşları, Türk Hava Qüvvələrinin təsirli hava hücumlarına qarşı dağın İran tərəfində yerin yüzlərlə metr altında hazırlanan dəhlizlərə çəkilib. Ancaq terror ağaları günlərlə qalacaqları sığınacaqlara çəkilərkən, "Yaxın qoruma", "Məsləhətçi", "Özəl Qələm Müdiri" kimi uydurma sifətlərlə çox sayda gözəlçələrini də sığınacaqlarda yanlarında saxlayırlar. Bu vəziyyət də Türk Ordusunun hücumları qarşısında bir dəlikdən digərinə qaçmağa çalışan terrorçuları çılğına döndərib.
 
HAMISI QADIN DÜŞGÜNÜDÜR
 
 Təşkilatda qadın düşgünü olan liderlərin etdikləri elə bir vəziyyətə gəlib ki, artıq PKK-nın simsiz rabitə vasitəsinin ana stansiyası olan Rojhat belə simsiz danışıqlarda terror ağalarının qadın hərisliyini tənqid edən anonslara əvvəlki kimi sərt xəbərdarlıqlar etmir. Terrorçubaşı Murad Qarayılanın telsiz kodu olan Rojhat, bu cür tənqid anonsları zamanı səssiz qalmağa üstünlük verməyə başlayıb.
 
DAHA ƏVVƏL DƏ QIRMIZI GEYİMLİ QIZ ÜZÜNDƏN BİR-BİRİLƏRİNƏ GİRDİLƏR
 
Məlumata görə, daha əvvəl də Qırmızı geyimli qız üzündən bir-birinə düşən terrorçubaşları Murad Qarayılan və Duran Qalxanın arasını, 2017-dəki böyük hava hərəkatı zamanı çəkildikləri sığınacaqda Cəmil Bayık düzəltməyə çalışıb. Bayık Qarayılana "Sən də o qadını Durak başqana göndər ki, aradakı münaqişə başa çatsın" deyib. Qarayılan, gələn təpkilərdən sonra Qırmızı geyimli qız kimi tanınan Ayşe Dəniz Karacagili Rakkada döyüşən YPG-yə göndərmiş, Karacagil gedəndən qısa müddət sonra 2017-ci İlin mayında öldürülmüşdü. Bu hadisə, PYD/YPG-nin PKK-nın bir qolu olduğunu da aydın sübut edən bir hadisə olaraq qeydlərə keçmişdi.
Müxalifət.az