PKK-HDP ƏMƏKDAŞLIĞI BİR DAHA İFŞA OLUNDU

CHP-nin dəstəyi ilə 10 faizlik seçki səddini aşaraq Məclisə girən HDP, terror təşkilatı PKK ilə arasındakı üzvi əlaqəni hər fürsətdə dilə gətirir. HDP-lilər ilk işlərinin terrorçubaşı Öcalanın azadlığını Parlamentə daşımaq olduğunu deyib.
CHP-nin 24 iyun seçkilərində verdiyi dəstəklə TBMM-ə girməsini təmin etdiyi HDP-nin terror təşkilatı PKK tərəfindən idarə olunduğu bir daha ortaya qoyulub. HDP-li siyasətçilər ilə deputatlarının açıqlamaları, millət vəkilliyinə namizədlərin PKK tərəfindən müəyyən olunduğunu, strategiyalarının PKK tərəfindən hazırlandığını, partiyanın idarəçiliyində PKK-nın əsas olaraq fəaliyyət göstərdiyini bütün çılpaqlığı ilə nümayiş etdirir.
PKK-HDP əlaqəsi, İdris Baluken, Pervin Buldan və Sirri Sürəyya Öndərin həbsxanada terrorçubaşı Abdullah Öcalan ilə keçirdikləri görüşün protokollarında da özünü nümayiş etdirir:
İdris Baluken: “Bizdən qaynaqlanan səhvlər vardı. Bəzi yerlərdə bələdiyyədən namizəd göstərilməməsi səsimizin itirilməsinə səbəb oldu”.
Öcalan: “Siyahını kim müəyyən edib?
Baluken: “Siyahı seçki komissiyasının işi ilə təsdiq olunub”.
Öcalan: “Kimdir bu seçki komissiyası? Bunlar Qəndil tərəfindən müəyyənləşdirilib, yoxsa siz müəyyən etmisiniz”?
Sirri Sürəyya Önder: “Qəndil müəyyənləşdirib”.
Öcalan: “Hamısını onlar müəyyən edib? Partiya məclisində müəyyən edilmədimi bu komissiya”?
Pervin Buldan: “Xeyr. Partiya Məclisində müəyyən olunmayıb”.
Müxalifət.az