PKK mülki kürd əhalisini NİYƏ EDAM EDİR” – SƏBƏB

Baxış sayı:
4033

Siyasi təhlilçi Sərdar Sement, terror təşkilatı PKK-nın son dövrdəki mülki edamlara münasibət bildiri. Regionda PKK-nın siyasi qolu olan HDP-nin siyasi uğursuzluğu terror təşkilatını ciddi şəkildə narahat etdiyini deyən Sərdar Sement, “PKK bu siyasi tənəzzülü dayandırıb, 2019 mart ayında keçiriləcək bələdiyyə seçkilərində qalib gəlməklə mövqelərini gücləndirmək istəyir. PKK məhz buna görə mülki edamlara təkrar başlayıb" deyə, bildirib.
 
25 iyunda Ağrı vilayətinin Doğubayazıt rayonunda dükançı Mövlud Bengindən sonra dünən də Diyarbəkirin Bit rayonunda PKK-lı terrorçular, Rəmzi Gülər (50) və oğlu Mahmud Güləri (27) qətlə yetirib. Cəsədlərin üzərində PKK-lı terrorçularun edam etdiyi haqda xüsusi qeydlər də qoyulub. Prosesləri qiymətləndirən siyasi analitik Sərdar Sement, son əməliyyatlarla daha da küncə sıxışdırılan PKK-nın bu gedişatdan məmnun olmadığına diqqət çəkib.
 
"EDAMLAR ARTA BİLƏR”
 
Bölgədə HDP-nin mövcud siyasi uğursuzluğunun da PKK-nı ciddi dərəcədə narahat etdiyini bildirən Sement, "PKK mülki edamlarla martda keçiriləcək bələdiyyə seçkilərində gücümü nümayiş etdirəcəyəm, xalqdan bu səsləri geri alacağam, bələdiyyələri geri qaytarmaq üçün nə lazımdırsa, edəcəyəm mesajı verir. Siyasi tənəzzülünü dayandırıb, 2019 bələdiyyə seçkilərində qələbə qazanmaq üçün edamlara başlayıb. Çünki HDP üzərindən PKK-nın ciddi itkiyə məruz qalma riski var, bu itkini məhdudlaşdırmaq üçün dinc əhali üzərində qorxu, terror xofu yaratmaq istəyir. Bu səbəbdən mülki edamlara təkrar başlayıb və bu terror edamları arta bilər" deyə, söyləyib.
Müxalifət.az