PKK Münbicdən çıxmaq əvəzinə, xəndəklər qazır

Münbiçdən gələn görüntülər, ABŞ-ın "PKK/YPG çəkilir" sözlərinə baxmayaraq, terror təşkilatı PYD/YPG-nin qərargahları ətrafında xəndək qazıb, keşik çəkdikləri görünür. Münbiçlilə isə bölgənin terrorçulardan təmizlənməsi üçün TSQ-dən kömək istəyir.
Türkiyə ilə ABŞ arasında əldə edilən anlaşmaya görə, terror təşkilatı PKK-nın Suriya davamı PYD/YPG-nin 4 iyuldan etibarən Münbiçdən çəkilməli idi. Ancaq rayondan gələn fotoşəkillər bu çəkilmənin hələ də gerçəkləşmədiyini göstərib. Münbiç ətrafında ABŞ-la koordinasiyalı, ancaq müstəqil olaraq patrul fəaliyyətləri həyata keçirən Türk Silahlı Qüvvələri (TSQ) məsələni yaxından təqib edir. ABŞ tərəfi, YPG-nin çəkilməyə başladığını bildirsə də, PYD/YPG-li terrorçular Münbiçin dörd tərəfinə də dərin xəndəklər qazıb, keşik çəkdikləri bildirilir. Terrorçular, qum torbaları və digər maneələrlə gücləndirilmiş qərargahlarından hələki ayrılmır. Bölgədəki son vəziyyəti dəyərləndirən Həsən Kalyoncu Universitetinin müəllimi və SEDA Tədqiqatçısı Murad Aslan, "Münbiçdə iki böyük dövlət ABŞ və Türkiyə razılığa gəlib. PYD/YPG-li terrorçuların Münbiçdən çəkilməməsi kimi bir şansı yoxdur. Hələlik yalnız bir görüntü xarakterli bir səhnə nümayiş etdirirlər. Vaxtı gələndə Fəratın şərqinə çəkiləcəklər” deyib. Fatih Sultan Mehmet briqadasının komandiri Mahmud Süleyman da," PYD/ YPG-nin Suriyanın şimalında bir planı vardı. Türkiyə Afrini azad edərək bu planı pozdu. Terrorçuların artıq Fəratın qərbində qalmasına əsas yaradacaq heç bir şey yoxdur. Kimsə bölgədə bu terrorçuları istəmir" deyə söyləyib.
Müxalifət.az