“PKK problemi yalnız SİLAHLA HƏLL EDİLƏ BİLƏR” – DOĞU PERİNÇEK
23-06-2018 18:00
Baxış sayı:
4975

Bir vaxtlar terror təşkilatı PKK-nın düşərgələrinə gedərək Abdulla Öcalan ilə birlikdə poza verən Vətən Partiyasının sədri Doğu Perinçek, "PKK problemi yalnız silahla həll edilə bilər" - deyib.
Vətən Partiyasının sədri Doğu Perinçek, Əskişəhərdə çıxışında, PKK probleminə toxunub. Perinçek, PKK probleminin silahla həll ediləcəyini deyərək, "Bu iş silahdan başqa yolla həll edilməz. Baxın biz bu gəmini fırtınalarda idarə edəcək kapitan olaraq bir daha açıqlayırıq. PKK probleminin arxasında Amerika var. Bu hadisə ancaq silahla həll edilə bilər" deyib.
Müxalifət.az