PKK və Əsəd arasında anlaşma

Baxış sayı:
4354

Terror təşkilatı YPG/PKK və Əsəd rejimi arasında su bəndləri ilə bağlı anlaşma əldə edilib. Müqaviləyə görə, terror təşkilatı işğal altında saxladığı su bəndlərini Əsəd rejiminə təhvil verəcək.
 
Suriyada YPG/PKK terrorçuları və Əsəd rejimi, təşkilatın işğalında olan iki böyük su bəndinin rejimə dövr ediləcəyi ilə bağlı razılaşıblar.
Rakkadaki etibarlı yerli mənbələrdən alınan məlumata görə, YPG/PKK və rejim, bir aydır ki, apardıqları danışıqları başa çatdıraraq Suriyanın ən böyük su bəndi Tabka və Fərat çayı üzərindəki Tişrinin əməliyyat haqlarının rejimə təhvil verilməsində razılaşıb.
Müqaviləyə görə, rejim briqadaları bəndlərə aid obyektlərə uzunmüddətli yerləşəcək.
Bunun qarşılığında rejim, YPG/PKK işğalındakı bölgələrə elektrik və su paylanacaq.
 
NEFT SAHƏLƏRİ ÜÇÜN DANIŞIQLAR DAVAM EDİR
 
Digər tərəfdən, YPG/PKK və rejim, İraq sərhədindəki Deyrizorda təşkilatın işğalında olan neft yataqlarının işlənməsi üçün də danışıqlar aparır.
Bu çərçivədə ötən günlərdə aralarında Rus mütəxəssislərin də olduğu bir rejim heyəti, ölkənin ən böyük neft sahəsi El Öməri ziyarət edib.
Qeyd edək ki, YPG/PKK və rejim, 2 iyunda Əl Ömər-də çıxarılan nefti mübadilə etmək məsələsində razılığa gəlmişdi.
Müxalifət.az