PKK-ya bir zərbə də Almaniyadan

Baxış sayı:
6199

Terror təşkilatı PKK ilə əlaqəsi olan dərnəyin Alman polisi tərəfindən basılması təşkilat rəhbərliyini çılğına döndərib.
 
Türk Silahlı Qüvvələrinin Suriyada və İraqda terror təşkilatlarına qarşı hərəkat başlaması ilə Türkiyəyə silah satmağı qadağn edən Almaniya, ölkədə keçirilən terror aksiyalarına də davamlı icazə verirdi.
24 iyun seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən sonra Almaniyanın terror təşkilatı PKK-ya qarşı münasibəti dəyişib..
Bu çərçivədə, ölkədə təşkilatla əlaqəsi olan bütün qurumlar müəyyən edilərək basılıb və bir çox adam saxlanılıb.
Təşkilatın Almaniyadakı qurumlarına vurulan bu zərbədəb sonra PKK liderlərində böyük bir narahatlıq meydana gəlib.
 
ALMANİYA DA SATDI
 
Təşkilat mediasına danışan PKK liderlərindən biri Mustafa Karasu, Almaniyanın Rusiya və Amerika kimi səhv etməyə başladığını deyib.
 
TÜRKİYƏ-ALMANİYA MÜNASİBƏTLƏRİ
 
Sözügedən dərnək əməliyyatının, Almaniya baş naziri Angela Merkelin prezidenti Ərdoğana bir mesaj vermək üçün keçirdiyini deyən PKK-lı Karasu, Almaniyanın Türkiyəyə yaxınlaşmamasını istəyib.
Qeyd edək ki, Alman polisinin basqın təşkil etdiyi dərnəkdə təşkilatın bütün simvolları tək-tək toplanaraq məhv edilmişdi.
Müxalifət.az