PKK/YPG yıxılmağa YER VƏ AĞA AXTARIR

Baxış sayı:
3889

Suriya sahəsindən gələn məlumatlar rejim ilə PKK/YPG arasında danışıqların məhdud bir çərçivədə davam etdiyi yönündədir. Danışıqlardan hansı nəticənin çıxacağı aydın olmasa da, Rusiyanın da prosesə hakim olduğu görünür.
 
PKK/YPG-nin meydançada təsir gücünün getdikcə zəifləməsinə baxmayaraq bazarlıqlara yüksək tələblərlə başladığı bildirilir. PKK/YPG rəhbərlərinin Dəməşq rejiminə verdiyi təklif isə belədir: "Qamışlı və Hasəkə modelinin, SDG-nin nəzarətindəki rayonların hamısında tətbiq olunduğu təqdirdə Kürd xalqının qorunması, maraqlarına təminat verilməsi və meydançadakı qüvvələr arasında barışcıl güc bölgüsü modelini tətbiq etmək imkanı söz mövzusu olar. Bu, danışıqlar üçün əlverişli şərait yaradacaqdır". Ancaq Dəməşq rejimi bu təklifə isti baxmadığı üçün, PKK/YPG yeni bir təklif üçün Hasekədə çalışmalara başladığı ifadə edilir.
PKK/YPG-nin Dəməşq rejim ilə təması və bunun PKK/YPG ilə Vaşinqton arasındakı əlaqəyə təsir edib, etməyəcəyi barədə isə təşkilat öz içində dərin mübahisələr yaşayır. Yarım il əvvəl Hasəkədə PKK/YPG ilə rejim arasında yaşananlara baxmayaraq (rejim Hasekeyi bombalamış, vətəndaşları yaralamış və qətlə yetirmişdi) PKK/YPG içindəki İran tərəfdarı olan güclü bir qrup, rejim ilə danışıqlara başlamağın bölgəni yanmaqdan xilas edəcəyini düşünür. Çünki ABŞ qüvvələrinin çəkilməsindən sonra baş verəcəkləri artıq heç kim proqnozlaşdıra bilmir. Səudiyyə Ərəbistanının dəstəyinin isə nə qədər davam edəcəyi isə qeyri müəyyəndir.
PKK/YPG içində bir qrup isə Əsəd rejimi ilə ittifaqa girməyin Rusları tərəflərinə çəkməyi asanlaşdıracağını düşünür. Bu məqamda PKK/YPG də Dəməşq rejimi ilə bir olub Türkiyənin regionda hər hansı bir gələcək planı həyata keçirməsinin qarşısını almaq istəyir. Ancaq Türkiyə üçün hədəf artıq dəqiqdir. Bölgədə təhlükəsizlik tam bərqərar olana qədər bölgədən çıxmayacaq.
Müxalifət.az