​Polislərə əmr: Heç bir təriqətə üzv olmayın!

Baxış sayı:
11833

Türkiyənin Kayseri Polis Təlim-Tədris Mərkəzinin rəisi Mətin Tanrıver gənc polislər qarşısında çıxışında onlara hər hansı təriqətə, məzhəbə üzv olmamağı açıq-aşkar şəkildə əmr edib.
Muxalifet.az xəbər verir ki, Tanrıver polislərin yalnız dövlətə sadiq ola biləcəklərini vurğulayıb.
“Heç bir təşkilata, camaata, təriqətə, məzhəbə qulluq etməyəcəksiniz. Heç bir şeyxə və imama bağlı olmayacaqsınız. Bağlı olacağınız tək yer var, o da dövlətdir”, - deyə Tanrıver bildirib.