Prezidentə sui-qəsd edildi - Axtarış aparılır
23-06-2018 21:27
Baxış sayı:
5146

Bu gün naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısı xəsarət almayıb.
“Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.
Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.
Hadisə ilə bağlı təhqiqata başlanılıb. Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.