Prezident xanımlarına bunlar QADAĞANDIR – Qadağaları kimlər pozur? - FOTO

Baxış sayı:
11851

Ölkənin birinci xanımının siması — dövlətin imicinin bir hissəsidir. Dress-kod və hətta davranış normaları diplomatik protokol xidməti tərəfindən ciddi şəkildə tənzimlənir və prezidentlərin xanımları beynəlxalq görüşlərdə və rəsmi tədbirlərdə onlara riayət etməlidir. Bundan əlavə, dövlətin əsas simalarının ictimai həyatını tənzimləyən gizli qaydalar da mövcuddur. Bu ənənələr zamanla formalaşıb və nəsildən - nəsilə ötürülür. Muxalifet.az adme.ru-ya istinadən dövlətlərin birinci xanımınlarına camaat arasına nə formada çıxmağın qadağan olduğu və onlardan hansılarının bu qadağalara riayət etmədiyi barədə araşdırmanı oxuculara təqdim edir. 1. Parlaq makiyaj Kral VI Filippin xanımı kraliça Letisiya və ABŞ-ın birinci xanımı Melaniya Tramp. Dövlət başçısının həyat yoldaşı makiyajda parlaq rənglərdən istifadə edə bilməz. Hətta "smoky eyes" belə, bəyənilmir. Bu qaydanın təməlini kral ailəsi qoyub. Göz qapaqları üçün kölgələr pastel çalarlarında olmalıdır, lakin yalnız tuş və səliqəli layner çəkmək daha üstündür. Gözün "tüstülü" makiyajını sevən Melanya Tramp bu qaydanı ən çox pozanlardandır. 2. Burnu açıq ayaqqabılar ("Bosonojka"lar) İordaniya kralı II Abdullahın həyat yoldaşı kraliça Raniyə Əl-Abdullah və Argentinanın birinci xanımı Culiana Avada Birinci xanım tədbirlərə açıq ayaqqabıda gedə bilməz. Hətta güclü istilərdə belə, daban və ya barmaqlar görünməməlidir. Həmçinin ayaqqabı müxtəlif bağlar, qayışlar və digər aksesualrlarla bəzədilmiş, qabaq hissəsi platformalı olmamalıdır. Argentina prezidentinin xanımı Culiana Avada bu qaydanı tez-tez pozur. O, isti havalarda "bosonojka" geyinməyi sevir. 3. Kolqotkaların olmaması ABŞ prezidenti Donald Tramp və onun xanımı Melaniya Prezidentin xanımı çılpaq ayaqlarla camaat arasına çıxa bilməz. Lakin dress-kod bədən rəngində olan, yarışəffaf, parıltısız kolqotkalardan istifadəni qadağan etmir. Qeyri-formal tədbirlərə qara kolqotka geyinmək olar. Bu qaydanı pozan yeganə kəs ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampdır. Onun gözəl ayaqlarını bir çox tədbirlərdə görmək mümkündür. 4. Parlaq manikür İordaniya kraliçası Raniyə Əl-Abdullah Birinci xanımlar dırnaq dizaynı, parlaq boya və strazlar haqqında da düşünməməlidir. Dırnaqlar zərif çəhrayi, pastel tonlarında ola bilər, frenç də icazəlidir, lakin gel-boyalar və digər uzunmüddətli örtülər bəyənilmir. Çunki birinci xanımın manikürü onun bütün obrazına uyğun olmalıdır və bu səbəbdən gün ərzində bəzən boyanın rəngini dəyişmək lazım olur. 5. Sədəf makiyajı və dərinin parıltısı Çinin birinci xanımı Pen Liyuan. Haylayterlər, şimmerlər, sədəf rəngli kölgələr, işıq əks etdirən kirşanlar da birinci xanımlara qadağandır. Onlar tez-tez kamera işıqlarına tuş gəlir və bu parıltılar şəkillərdə mütləq bilinəcək. Kirşan dərinin tonuna uyğun ideal şəkildə seçilməlidir. Londonda keçirilən bir tədbirdə Çinin birinci xanımı xoşagəlməz hadisə ilə qarşılaşıb. Onun vizajisti yarımşəffaf kirşandan həddən artıq lçox istifadə etdiyindən Pen Liyuanın üzü bütün fotolarda “unlanmış” kimi düşüb. 6. Qısa ətəklər, dekolte Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd və Fransanın birinci xanımı Brijit Makron Məlum məsələdir ki, dövlət başçılarının xanımları camaat arasında bədənlərinin hər hansı hissəsini çılpaq qoymamalıdır. Hətta sarafanlar belə, qadağandır. Ümumiyyətlə bütün geyimlər qollu olmalıdır, çünki birinci ledinin qoltuq altının görünməsi münasib deyil. Lakin xanımlar daim bu qadağanı pozur. Fransa prezidentinin xanımı Brijit Makron dizdən yuxarı ətəklərə sevgisiylə seçilir. 7. Rəngarəng geyim Prezidentin xanımı geyimində 2 və ya 3 çalardan istifadə edə bilər. Həmçinin birinci xanımın geyimi yoldaşının geyimiylə uyğunlaşmalıdır. Yalnız parlaq rənglər deyil, həmçinin parlaq detallar da qadağandır. Mişel Obama bu tələbə çox vaxt məhəl qoymayıb. O, tədbirlərə güllü, şəkilli libaslar, rəngarəng paltarlar geyinməyi sevir. 8. Obraz tədbirə tam uyğun olmalıdır ABŞ-ın birinci xanımı Melaniya Tramp Bəzən prezidentlərin xanımları rəsmi tədbirə, diplomatik səfərə və ya xeyriyyə fonduna baş çəkməyə gedərkən nə geyinəcəklərini seçmək üçün "baş sındırırlar". Birinci xanımın obrazı tədbirə tam uyğun olmalıdır. Melaniya Tramp bu qaydanı pozmaq üzrə "rekordçu"dur. Belə ki, o, miqrantların uşaqları üçün nəzərdə tutulan mərkəzə üstündə "Mənim vecimə deyil. Bəs sizin?" sözləri yazılan gödəkcədə yollanıb. Düzdür, məkana gəldikdən sonra Melaniya geyimini daha rəsmi geyimə dəyişib, lakin bu obraz onun ətrafında səs-küyə səbəb olub. Daha sonra yoldaşı Donald Tramp xanımının tərəfini tutaraq öz Twitter səhifəsində açıqlama verib. Onun sözlərinə görə, bu gödəkçənin üzərindəki yazı "feyk KİV-lərə" aiddir: Melanya onların yalançılığında əmin olub, lakin bu onu artıq maraqlandırmır.