“Prezidentin Vəzifəyə Başlama Mərasimi”ndə qonaqlara mənalı hədiyyə!

Baxış sayı:
4576

 Türkiyənin Prezident Kompleksində keçirilən “Prezidentin Vəzifəyə Başlama Mərasimində qonaqlara, xüsusi olaraq buraxılan və arxa üzündə Prezident Kompleksinin yerləşdiyi 1 lirə hədiyyə edilib.
 
Prezident Kompleksində təşkil olunan mərasimə onlarla xarici dövlət başçısı və baş nazir, iş, idman və elm dünyasından çox sayda məşhur şəxs, keçmiş nazirlər və millət vəkilləri ilə təxminən 10 min nəfər iştirak edib.
 

MƏNALI HƏDİYYƏ
 
Mərasimə qatılanlara, içində sendviç, banan, su, meyvə suyu və bəzi şəkərli məmulatların olduğu paketlər ilə birlikdə müxtəlif içəcəklər ikram edilib.
Bu xüsusi buraxılan 1 lirənin bir qisminin də dövriyyəyə buraxılacağı bildirilib.
Bu arada mərasimdə iştirak edən qonaqlar üçün üzərində Prezident Vəzifəyə Başlama Mərasimi və tarix yazan nişanlar buraxılıb.
Mərasimdə prezidenti Rəcəb Tayyib Ərdoğanın ingilis dilində alt yazılı həyat hekayəsini izah edən sinevizyon göstərişinə də yer verilib.
 
FƏTH HİMNİ İLƏ QARŞILANIB
 
Prezident Kompleksindəki mərasimdə xanımı Əminə Ərdoğan ilə birlikdə iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan, əhalinin sevgi göstərişləri ilə kürsüyə addımlayıb.
Mehtər komandasının Fəth Himni ilə qarşılanan prezident Ərdoğan, sükut və İstiqlal Himninin oxunmasından sonra çıxışına başlayıb.
Müxalifət.az