​Putin açıqladı: Bu, xalq diplomatiyasının dönüş nöqtəsi oldu

Baxış sayı:
11407

2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı xalq diplomatiyasının dönüş nöqtəsi oldu.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində baş tutan toplantıda deyib.
“Dünya çempionatı bir neçə gün öncə bitdi. Ölkəmizə yalnız dövlət və hökumət rəhbərləri deyil, eyni zamanda yüz minlərlə tərəfdar gəldi. Hər biri həqiqi Rusiyanı, dostyana, açıq, müasir Rusiyanı gördü. Bu, gözlə görüləcək uğurdur. Xalq diplomatiyasının dönüş nöqtəsidir”, - deyə Kreml rəhbəri bildirib.