Putin-Tramp görüşündə ABŞ və Rusiyanın bazarlıq predmetləri

ABŞ prezidenti Tramp bu gün Finlandiyada Rusiya prezidenti Putin ilə 30-60 dəqiqə arasında təkbətək görüşəcək. Toplantıda Suriyanın gələcəyi və yeni siyasi düzən danışılacaq. Xüsusilə ölkənin şimalı və YPG ilə bağlı fərqli bir mövqe ortaya qoyulacaqdır. Türkiyə başda bu səbəblə və digər məsələlərin də əhəmiyyətini nəzərə alaraq bu zirvə görüşünü yaxından izləyib, sonra mütləq prosesə ağırlığını qoymalıdır.
ABŞ-ın İRAN PROBLEMİ
1- Amerika bu günə qədər Suriyaya sadəcə İŞİD problemi gözü ilə baxırdı. Vaşinqtonda bəzi komandirlər bunu qəbul etmək istəməsələr də, Tramp İŞİD məsələsinin böyük ölçüdə bitirildiyini düşünür. Hazırda Trampın ağlında təkcə Suriyadakı İran problemi vardır. İsrailin də təzyiqi ilə İran hazırda ABŞ-ın yeganə problemi halına gəlib. Suriyadakı İranın fəaliyyətini mümkün qədər sürətlə azaltmaq istəyirlər. Amerika bu məsələdə Rusiyanın yardım etməsini istəyir. Daha əvvəl İsrailin baş naziri Netanyahu ilə də görüşmüş olan Putin, bu məsələdə yardımçı olacaq. Amma qarşılığında da istədiyi bəzi şeylər var.
ƏSƏD REJİMİ
2- Rusiya ABŞ-ın Əsədin hakimiyyətdə qalmasını qəbul etməsini istəyir. Tramp, əgər İran məsələsində yardımçı olarsa, Əsəd mövzusunda da davranışını dəyişəcək. ABŞ bu mövzuda daha əvvəl İsrail və İordaniya ilə də görüşlər keçirib. Və onlar da öz sərhədlərinin məhz Əsəd rejimi tərəfindən qorunmasını və İranın bölgəni tərk etməsini istəyirlər. İsrail yaxın perspektivdə İrana bağlı milislərin öz sərhədindən 80 kilometr uzaqda tutulmasını və bu yöndə Rusiyanın yardım etməsini istəyir. Rusiya da İsrailin bu istəyini təmin etməyi qəbul edib. Ayrıca İsrail əgər İran milisləri regionda güc toplasalar, onlara qarşı edəcəyi silahlı müdaxilələrə Suriya tərəfindən cavab verilməməsini də tələb edib.
3- Rusiya İranı öz milislərini İsraillə sərhəd yaxınlığından çəkməyə onu incitmədən inandıra biləcəyini düşünür. Hələ Əsəd rejimi də bunu tələb edərsə, bunun baş verməsi ehtimalı böyük görünür.
YPG NƏ OLACAQ
4- Ölkənin şimalında nələrin həyata keçirələcəyinə Rusiyanın maraqlı bir münasibəti var. Amerika İran məsələsi həll olunarsa. ən qısa müddətdə bölgədəki 2200 əsgərini çəkəcək. Vaşinqtonda bəzi hərbçilər 18 ay sonra çəkilməsi üçün təzyiq edirlər, amma Tramp qısa müddətdə çəkilməsində israr edir. ABŞ çəkiləndə YPG-nin Rusiya və Əsəd rejimi ilə uyğun koordinasiyalı işləməsini istəyir. Bunun Türkiyə üçün nə mənaya gələcəyi Rusiya ilə aparılacaq danışıqlarda ortaya çıxacaq. Vaşinqtonda bu mövzuda bəzi şayiələr var, amma bu haqda yalnız zirvə görüşündən və Türkiyənin prosesə müdaxilə etməsindən sonra yazmaq mümkün olacaq.
Müxalifət.az