QADAĞA ARADAN QALXDI, qadınlara bu hüquq da verildi

Baxış sayı:
1714

Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.
 
"Reuters" agentliyinin verdiyi məlumata görə, kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.
 
Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən "Vision 2030" proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.