"Qarabağda atəşkəs razılaşmasına əməl olunur" - SÜLHMƏRAMLILARIN RƏHBƏRİ
14-11-2020 18:02
Baxış sayı:
1309

"Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".
Virtualaz.org bildirir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətində bildirib.
O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.