Qaradağ rayonu ərazisində iki avtomobil toqquşub, xəsarət alan var
24-09-2019 23:57
Baxış sayı:
15397

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə “Binə” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü Əbdülrəhmanova Pikəxanım xəsarət alıb. Yaralı təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.