“Qatarların hərəkəti bərpa edilib –"Metropoliten"dən son açıqlama
12-07-2018 18:12
Baxış sayı:
3432

Bakı Metropoliteninin bütün stansiyaları normal şəkildə işləyir və qatarlarında hərəkətində heç bir problem yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metronun iki stansiyası – “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarına elektrik enerjisinin verilişində problem yaranmışdı. Lakin həmin vaxt qatarlar tuneldə deyil, platformalarda olub və sərnişinlər üçün heç bir problem yaratmayıb.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 20 dəqiqən sonra elektriki verilişi bərpa olunub və stansiyaların normal fəaliyyəti təmin edilib.