Qərargahlar ərazidə döyüş tapşırıqlarını planlaşdırır
4-07-2018 17:49
Baxış sayı:
7387

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatagörə, qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər
texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.