Qubada hoteldə ŞOK OLAY: kanat qırıldı, ölən və yaralananlar var - YENİLƏNDİ

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, qəza zamanı xəsarət alan rayon sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlunun vəziyyəti stabildir:
"Həsənov Rafiq Əziz oğlu sağ baldırın cırılmış yarası, Əliməmmədov Ruhid Mehman oğlu isə döş qəfəsinin əziyi diaqnozu ilə müalicəyə alınıb. Hazırda xəstələr mərkəzdə həkimlərin nəzarəti altındadır. Vəziyyətləri stabildir".
***
Quba rayonunda bədbəxt hadisə baş verib.
Muxalifət.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.