Qubada külək beşmərtəbəli binanın damını uçurub, 5 maşına ziyan dəyib - FOTO
17-05-2020 17:05
Baxış sayı:
1942

Qubada külək bir sıra fəsadlar törədib.
Məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub./apa