Qubada traktor aşıb, sürücü öldü
4-07-2018 13:03
Baxış sayı:
6802

Qubada traktor aşıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qımılqazma kəndində “Belarus” markalı traktor aşıb. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.