Ərəblər Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxdı

Baxış sayı:
5395

Ərəb ölkələrinin liderləri ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi”nə qarşı çıxıblar.

Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fələstin lideri Mahmud Abbas deyib.

“Ərəb ölkələri bizə dedilər ki, “Əsrin müqaviləsi”nə qarşı çıxacaqlar. Bəzi Avropa, Asiya və Afrika ölkələri də belə razılaşmanın əleyhinədir”, – deyə o bildirib.

Qeyd edək ki, Trampın təqdim etdiyi müqaviləyə əsasən, Şərqi Qüds də İsrailə verilməli, İordan çayının qərb sahilində isə yəhudi yaşayış məskənləri saxlanılmalıdır.