Ərdoğan daha da sərt olacaq - Fitin
25-06-2018 20:30
Baxış sayı:
10150

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə əldə etdiyi qələbə ilə hakimiyyətini möhkəmləndirdi və daha sərt siyasət yürütməsi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə nümayəndəsi Vladimir Fitin bildirib.
Ərdoğanın qələbə ilə siyasətini daha da gücləndirdiyini deyən Fitin onun daha sərt və qərarlı şəkildə addım atacağını söyləyib: "Ərdoğan ölkə daxilində separatçı kürd qüvvələrə qarşı daha qətiyyətli mübarizə aparacaq".
Qeyd edək ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.