Ərdoğan İdlibdə Əsədin öldürülən tərəfdarlarının SAYINI AÇIQLADI - "Vəziyyətin bu nöqtəyə çatmasını istəməzdik, ancaq..."

Baxış sayı:
3592

Türkiyə Bəşər Əsəd tərəfdarlarına öz qətiyyətini nümayiş etdirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İdlib əməliyyatında əvvəlki gün 34 şəhidimiz var idi, amma sonra onların sayı 36-ya yüksəldi. Şəhidlərimizin qanını yerdə qoymuruq. İndiyə qədər 2100-dən çox rejim yaraqlısı öldürülüb, 300-ə yaxın hərbi vasitə məhv edilib. Dünən gecə kimyəvi məhsulların olduğu 7 anbar partladılıb. Vəziyyətin bu nöqtəyə çatmasını istəməzdik. Ancaq bizi buna məcbur etdikləri üçün nəticələrə də dözməlidirlər",- deyə Türkiyə Prezidenti vurğulayıb.