Ərdoğan Jirinovskini şəxsən dəvət etdi - SƏBƏB
6-07-2018 23:21
Baxış sayı:
7222

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski przident Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində iştirak etmək üçün 8-9 iyul tarixlərində Türkiyədə səfərdə olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ərdoğan şəxsən Jirinovskiyə dəvət göndərib.
RLDP-dən olan digər deputatlar da səfər zamanı partiya liderinə bələdçilik edəcək.
Qeyd edək ki, 24 iyunda prezident seçkilərindən qalib çıxan R.T.Ərdoğanın inaqurasiya mərasimi iyulun 9-da Ankarada baş tutacaq.