Ərdoğana SUI-QƏSD! Konvoyuna BOMBA YÜKLÜ AVTOMOBİLLƏ HÜCUM OLACAQDI

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçki günü ölümdən döndüyü ortaya çıxıb. Məlumata görə, Ərdoğana seçki davam edərkən bomba yüklü mikroavtobusla saat 15.07-də hücum edəcəkdilər. Bomba yüklü avtomobil Göytürk peyki tərəfindən son anda təsbit edilib.
“Sabah” qəzetinin müəllifi Ersin Ramoğlu çox danışılacaq bir yazı qələmə alıb. Ramoğlu, "Tonlarla partlayıcı yüklü bir mikroavtobusu Ərdoğanın keçid marşrutuna park ediblər. Bomba yüklü mikroavtobus Göytürk peyki tərəfindən aşkar edilib" deyə, yazıb. Hadisəni törətmək istəyən xarici casus isə, üzüyündəki zəhəri içərək intihar etdiyini qeyd edib.
Sui-qəsd cəhdinin qarşısının qoruyucuların dəqiqliyi sayəsində alındığını qeyd edən Ramoğlu, "Hadisə haqda danışdmaqdan qorxan xarici əsilli casus üzüyündəki sianid maddəsini içərək intihar edib" deyə, bildirib.
DAMA SNAYPER YERLƏŞDİRİBLƏR
Sui-qəsd hadisəsində 100 faizlik nəticə almaq üçün bombalı avtomobil hücumundan başqa bir də həmin əraziyəki binanın damına snayper yerləşdiriblər. Hərəkətə keçən təhlükəsizlik qüvvələri damda bir ədəd sökülüb taxıla bilən snayper tüfəngi ilə (Snayper) bir nişançını ələ keçiriblər.
Müxalifət.az