Ərdoğandan Bakıdakı Şəhidlər Xiyabanında diqqətçəkən mesaj

Baxış sayı:
5827

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qəbiri və Türk və Azərbaycanlıların uyuduğu şəhidlər xiyabanlarını ziyarət edib.
 
 Bakıdakı Şəhidlər Xiyabanındakı abidələri ziyarət edən Ərdoğan, çələng, şəhid məzarlarına isə qərənfil qoyub.
Ərdoğan, abidə şərəf dəftərinə bunları yazıb:

 “Əziz şəhidlərimiz,
Tarixi 24 iyun seçkilərindən sonra yeni hökumət sisteminin 1-ci prezidenti kimi mənəvi olaraq qarşınızda olmaqdan böyük xoşbəxtlik duyuram. Sizlərin fədakarlığından aldığımız ilhamla bu günə qədər olduğu kimi, inşallah, bundan sonra da Türkiyə Azərbaycan əlaqələrinin inkişaf etməsi, hər sahədəki əlaqələrin genişlənməsi üçün mübarizə aparmağı davam etdirəcəyik. Ruhunuz şad olsun".
Müxalifət.az