Ərdoğandan “MOLLA NƏSRƏDDİN” MESAJI

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, 5 iyul Akşehir Beynəlxalq Nəsrəddin Xoca Şənlikləri münasibətilə bir mesaj yayıb.
Ərdoğan, mesajında, mədəni sərvətlərin mühüm cəhətlərindən biri olan, satirik və söz sənətindəki ustalığını sadə bir müdrikliklə çulğalaşdıran Nəsrəddin Xocanın lətifələri, hekayələri və nəsihətləri yaşadığı dövrü aşaraq, hər zaman əziz millətin gülən üzü və təbəssüm mənbəyi olduğunu vurğulayıb:
NƏSRƏDDİN XOCAMIZI RƏHMƏTLƏ ANIRAM
“Simvollarla dolu və incə həqiqətləri nümayiş etdirən lətifələri bu gün də ürəklərdəki müstəsna yerini mühafizə edən Nəsrəddin Xoca, Anadolu insanının tolerantlıq, dostluq, nikbinlik və sülh kimi uca xüsusiyyətlərinin timsalı halına gəlmişdir. Bu fikirlərlə Nəsrəddin Xocanın yeni nəsillərə tanıdılması və izah edilməsi baxımından böyük əhəmiyyət daşıyan Beynəlxalq Nəsrəddin Xoca Şənliklərinin təşkilində əməyi keçənlərə təşəkkür edir, Nəsrəddin Xocamızı hörmətlə, rəhmətlə anıram".
Müxalifət.az