Ərdoğandan YENİ HÖKÜMƏT KABİNETİ İLƏ BAĞLI AÇIQLAMA

Yeni Kabinetə münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan, "Artıq hökümət Kabinetimiz əvvəlki kimi olmayacaq. İndi artıq partiyalı olmayan nazirlərimizlə bir hökumət yaradırıq" deyib.
24 iyun seçki nəticələrinin məlum olmasından sonra gözlər yeni hökumət və yeni nazirlərə çevrilib. Günlərdir ardıcıl bir çox iddia ortaya atılsa da, mübahisələrə prezidenti Ərdoğan nöqtə qoyub.
AK Partiyanın Vilayət Başqanları Toplantısında çıxış edən prezident Ərdoğan yeni kabinetə dair bunları deyib;
“Nazirlərimiz artıq əvvəlki kimi olmayacaq. İndi artıq partiyalı olmayan nazirlərimizlə bir hökumət yaradırıq. Və bu dostlarımız bundan əvvəl olduğu kimi də küncə sıxışdırmaq yolu, “ora bu olsun, bura da bu olsun” məntiqi ilə hərəkət etməyəcək. Ən azından nazir, hadisələrə baxanda daha obyektiv baxma imkanı əldə edəcək. Bu cür basqı və gümanların altında da qalmayacaq. Əlbəttə, bütün bunla nəyə xidmət edəcək? Təbii ki, səlahiyyət və ləyaqət olacaq".
Müxalifət.az