Ərdoğanı onunla görüşdə TƏHDİD ETDİ: “Bataqlıqda...”

Baxış sayı:
2842

Türkiyə əleyhinə bəyanatları ilə tez-tez gündəmə gələn və PYD/YPG terror təşkilatını dəstəkləyən amerikalı senator Lindsi Qraham Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranı təhdid edib.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, senator görüşün detalları barədə “Röyters” agentliyinə danışıb.

Senator Türkiyənin bölgədəki vəziyyətə müdaxilə etməməli olduğunu deyib.

“Suriyada ABŞ-ın hərbi varlığının vacib olduğunu və ABŞ qoşunlarının buranı tərk etməsinin yaxşı olmadığını bildirdim. Türkiyə Suriyada hərbi varlığını artırarsa, özünü bir bataqlıqda tapacağını dedim”, - senator vurğulayıb.