“Reyters” xəbər verdi: YPG TERRORÇULARI MÜNBİÇİ TƏRK ETDİ

Baxış sayı:
3745

Suriyanın Münbiç qəsəbəsində nəzarət və asayişi təmin edən yerli milis qüvvələri, sonuncu YPG-li terrorçunun da dünən etibarilə Münbiçdən çıxdığını açıqlayıb. Bu hadisə, Türkiyənin uzun müddətdir reallaşmasını istədiyi bir vəziyyətdir. “Reuters”-in xəbərinə görə, yerli milis qüvvələrinin dünən verdiyi yazılı açıqlamada belə deyilib: "Münbiç Hərbi Şurası, qalan son qrup hərbi müşavirlərin (YPG) də qüvvələrimizin hərbi təlim və hazırlıq işlərini başa çatdıraraq 15 iyulda (Münbiçdən) çəkilmələrini tamamladığını bildirir". SDF, Münbiçdə YPG-li terrorçu olmadığını, yalnız terror təşkilatı YPG-nin müşavirlərinin xidməti vəzifələrini başa çatdırmaq üçün qaldığını deyirdi. ABŞ-TÜRKİYƏ ANLAŞMASI Qeyd edək ki, Türkiyə və ABŞ keçən ay Münbiç məsələsində anlaşma əldə etdilər. Anlaşmaya görə, terror təşkilatı YPG Münbiçdən çəkiləcək, Türk və Amerikan əsgərləri qəsəbədə və ətrafında təhlükəsizlik və sabitliyi birlikdə təsis edəcəklər. Müxalifət.az