Ronaldo transfer olunur: ANLAŞMANI İMZALADI

Baxış sayı:
3718

İtaliyanın “Juventus” komandası ilə Real Madrid arasında dünya futbolunu sarsıdacaq bir transfer görüşü keçirilir.
 
Real Madridin Portuqaliyalı ulduzu Kristiano Ronaldonun İtalyan nəhəngi “Juventus”a transfer olacağı həm İtaliya, həm də İspaniya mətbuatında geniş yer tapır. Dünənki xəbərlərdə “Juventus”un Ronaldoya illik 30 milyon avrodan 4 illik saziş, bonservis-i üçün də Real Madridə 100 milyon avro ödəməyi təklif etdiyi iddia edilib.
 
JORGE MENDES GÖRÜŞƏCƏK
 
Portuqaliya forması ilə Dünya Kubokunda 4 qol vuran 33 yaşlı Ronaldonun meneceri Jorge Mendes, qısa müddət içərisində Real Madrid rəhbərliyi məsələni müzakirə etmək üçün masaya oturacaq. “Juventus”un təklifini Madridə aparan Mendes, transferdə çətinlik olmamasını istəyəcəyi bildirilir.
 
SAĞLIQ NƏZARƏTİNDƏN KEÇİB, İMZALADI
 
Bütün bu proseslərdən sonra bomba bir iddia ortaya atılıb. “Juventus”un keçmiş idman direktoru Luciano Moggi də verdiyi açıqlamada Portuqaliyalı ulduzun Almaniyada səhiyyə nəzarətindən keçdiyini söyləyərək "Ronaldo onsuz da Almaniyada “Juventus” üçün sağlamlıq nəzarətindən keçib və sazişi imzalayıb" deyib.
Müxalifət.az