Ruhani əmri verdi! İRANDA KRİTİK DƏYİŞİKLİK

Baxış sayı:
4363

İranın prezidenti Həsən Ruhaninin əmri ilə dinc nüvə proqramı çərçivəsində İsfahanda uran tetraflorid (UF4) istehsalına başlanıb.
 
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İsfahanın meri Möhsün Mihralizadə, Uran Kompleksində apardığı araşdırmalardan sonra mətbuata verdiyi bəyanatda, UF4 istehsalı üçün işlərə yenidən başlandığını bildirib.
 
RUHANİ GÖSTƏRİŞİ VERİB
 
Mihralizadə, işlərin ölkə lideri Ayətullah Əli Xamneyinin uran zənginləşdirmə tutumunu artırmaq göstərişindən sonra prezident Həsən Ruhaninin əmri ilə başlanıldığını bildirib.
 
1 AY ƏRZİNDƏ EHTİYAC DUYULAN YANACAQ TƏMİN EDİLƏCƏK
 
İsfahandakı kompleksdə ötən həftə dövrəyə girən uran hekzaflorid (UF6) istehsal kompleksində hazırda orta səviyyədə istehsal edildiyini bildirən Mihralizadə, 1 ay içində sözügedən müəssisədə başda Buşehr Nüvə Elektrik Stansiyası olmaqla, ölkədəki nüvə obyektlərin ehtiyac duyduğu yanacağın təmin ediləcəyini qeyd edib.
UF4 adlanan uran tetraflorid maddəsi uranın zənginləşdirilməsində istifadə edilir.
Müxalifət.az