Rusiya-Azərbaycan komissiyasına yeni həmsədr - FOTO

Baxış sayı:
4543

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri Oreşkin təyin edilib.

Bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Dmitri Medvedev imzalayıb.

Sərəncama əsasən, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin edilib.

Qeyd edək ki, o, bu vəzifədə Dmitri Roqozini əvəz edib. D. Roqozin bir müddət əvvəl "ROSKOSMOS"-un rəhbəri təyin edilib.