“Rusiya NATO-nu dağıtmaq istəyir” – ABŞ
9-07-2018 12:55
Baxış sayı:
5758

Rusiya Türkiyə və bir sıra ölkələri öz tərəfinə çəkmək istəyir.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison deyib.
“Fox News Sunday”a açıqlama verən Hatkison qeyd edib ki, Rusiya Türkiyəni NATO-dan çıxarmaq niyyətindədir:
“Rusiya Türkiyə və digər müttəfiqlərimizi NATO-dan qoparmağa çalışır. Moskva tarixin ən güclü müttəfiqliyinə son qoymaq, NATO-nu dağıtmaq niyyətindədir. Lakin hesab edirik ki, Rusiyanın bu səyləri NATO – Türkiyə münasibətlərini zədələməyəcək. Türkiyə uzun illərdir bu ittifaqın üzvüdür və əlaqələrimizi davam etdirəcəyik”.