Rusiya və Çin kosmosda da birləşir: Baza yaradılır
4-07-2018 19:13
Baxış sayı:
7186

Rusiya və Çin orbitdə ortaq kosmos bazası yarada bilər.
Muxalifet.az xəbər verir ki, Moskvaya səfər edəcən Çin Kosmos Agentliyinin nümayəndə heyəti ilə Rusiya Kosmik Agentliyi arasında görüş keçiriləcək. Görüşdə ortaq kosmos bazasının yaradılması müzakirə ediləcək.
Bu barədə məlumat verən rusiyalı səlahiyyətli nümayəndə Pekinin kosmos sahəsində həlledici əhəmiyyət daşıyan texnoloji imkanlara malik olmadığını və Rusiyanın bu sahədə qarşı tərəfə əməkdaşlıq təklif etməyə hazır olduğunu söyləyib.