Rusiyada da koronavirus yayılır - ARTIQ 20 ÖLKƏDƏ...
31-01-2020 17:25
Baxış sayı:
2317

Rusiyada koronavirusa yoluxma halı qeydə alınıb.
Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Tatyana Qolikova bildirib.
O deyib ki, ölkə ərazisində iki nəfərdə virus aşkar edilib.
Hər iki şəxs Çin vətəndaşıdır. Virus Tümen vilayətində və Zabaykalye diyarında qeydə alınıb.
Virusa yoluxanlar karantinə alınıb. Rusiya koronavirusun qeydə alındığı 20-ci ölkə olub.