Sarkisyanın qardaşı oğlundan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlandı
6-07-2018 08:07
Baxış sayı:
4837

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyandan silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlayıb.
Əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.
“Kokain, metamfetamin, biri səsboğucu ilə olmaqla 4 tapança, patronlar aşkarlanıb”, deyə məlumatda bildirilir.
Serj Sarkisyanın qardaşı oğlunun mənzilinə baxış zamanı həmçinin 115 min dollar, 27 min avro, bahalı saatlar, qızıl pullar və zinət əşyaları. Qeyd olunanların qanuni yolla əldə olunub-olunmaması araşdırılır.
Faktla bağlı cinayət işi qaldırılıb(apa).