Əsəd qüvvələri hücuma keçdi: ABŞ VURDU

ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya, Suriyanın şimal-şərqindəki Deyrizor rayonunda Əsəd rejiminə aid hədəfləri vurub, hücumda ən az 40 rejim əsgəri ölüb.
Anadolu Agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, Deyrizora bağlı Əbu Kamal mahalındakı rejim qüvvələri, səhər saatlarında Fəratın şərqində yerləşən və İŞİD-ın nəzarətindəki Hecin bölgəsinə irəliləməyə çalışıb.
Rejim əsgərləri, Fərat çayı üzərindən qarşı tərəfə keçmək üçün mobil körpü yaradaraq Hesin bölgəsinin ətrafına doğru hücuma keçib. Rejim güclərinin Hesin mahalının ətrafına yerləşdikdən bir neçə saat sonra koalisiya təyyarələrinin şiddətli hücumuna məruz qaldığı bildirilib.
ƏN AZ 40 ƏSGƏR ÖLDÜ
Hücumda aralarında üst səviyyə rejim zabitlərinin də olduğu ən az 40 rejim əsgəri ölüb, digərləri isə regiondan çəkilmək məcburiyyətində qalıb.
Həmçinin koalisiya təyyarələri, rejimin Şəhəri almaq üçün qurduğu səyyar körpüləri vuraraq yararsız hala gətirib.
Müxalifət.az