Əsəd TSQ-nin nəzarətindəki BÖLGƏYƏ HÜCUM EDİB
5-07-2018 14:59
Baxış sayı:
3262

Hələbin Əl Babdaki Anadolu Agentliyi əməkdaşlarının verdikləri məlumata görə, Əsəd rejimi rayondakı bazarın yaxınlarını artilleriyadan atəşə tutub.
Əsəd rejiminin təşkil etdiyi hücumda ilkin mlumatlara görə, 5 mülki əhali yaralanıb. Yaralılar, Əl Babdaki xəstəxanaya qaldırılaraq müalicə altına alınıb.
Əl Babın cənubunda müxaliflər ilə Əsəd rejimi arasındakı cəbhə xəttində, səhər saatlarında Tadif mahalı ətrafında başlayan qarşıdurmalar davam edir.
Qeyd edək ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu, Əl Babı “Fərat Qalxanı” Hərəkatı çərçivəsində 23 fevral 2017-də terror təşkilatı İŞİD-dən xilas etmişdi. Əl Bab, TSQ və ASO ünsürlərinin nəzarətindədir.
Müxalifət.az