Seçkidə təxribat TÖRƏDƏCƏKLƏRDİ: HAMISI YAXALANDI
23-06-2018 14:50
Baxış sayı:
4621

Ankarada keçirilən əməliyyatda, sabahkı seçkilər zamanı təxribat törətmək hazırlığında olduğu müəyyən edilən 11 PKK terror təşkilatı mənsubu yaxalanıb.
Anadolu Agentliyinin verdiyi məlumata görə, Ankara Prokurorluğunda 24 iyundakı seçkilərdə təxribat törətmək hazırlığında olduğu müəyyən olunan 19 nəfər haqqında nəzarətə alınma qərarı verilib.
Şübhəlilərdən 11-i Ankara Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyatda saxlanılıb.
Şübhəlilərin, şəxs və qruplara qarşı təxribat törətmək istədikləri təsdiq olunub.
Müxalifət.az