“Şeyx Həmzət azərbaycanlıdır, bu ölkədə axund köməkçisi olub” - ÇEÇEN KRİMİNALLAR QƏRAR VERDİ
23-06-2018 11:21
Baxış sayı:
4675

Özünü Rövşən Lənkaranskinin varisi kimi təqdim edən Şeyx Həmzət çeçen deyil, azərbaycanlıdır.
Musavat. com xəbər verir ki, bu sensasion məlumatı Rusiyanın “Kriminalnaya Rossiya” portalı yayıb.
Məlumatda o da deyilir ki, bir qədər əvvəl Qroznıda toplaşan çeçen əsilli qanuni oğrular, Əziz Batukayev, Kor Hüseyn, İslam Edilqiriyev, Əhməd Halinnski və digərləri Şeyx Həmzəti araqarışdıran, oğru aləminə nifaq salan birisi adlandırıblar. Kor Hüseyn isə bir qədər də irəli gedərək onu şoumen adlandırıb və Avropada özünü çeçen kimi təqdim etməsinə qarşı çıxıb.
Xatırladaq ki, Şeyx Həmzət bir neçə dəfə Azərbaycanda olub, özünü Rövşən Lənkaranskinin varisi adlandırır. Həmzət hazırda Almaniyada yaşayır.