Şəhid uşaqlarının istəyi: ATAMIZIN QANI YERDƏ QALMASIN, QƏNDİLƏ BAYRAQ TAXILSIN!

Adları Günəş və Zəlihadır. Türkiyə onları 2007-də tanıyıb. Şəhid atalarının dəfnində, dayılarının qucağındaydılar. Cırıq corablı və yalın ayaq görüntüləri bütün ölkəni ağlatmışdı. İndi biri litsey, digəri orta məktəbə gedən gənc qızların tək istəyi var: Qəndilin təmizlənib zirvəsinə Türk bayrağının sancılması. Şimali İraqa qarşı 7 oktyabr 2007 tarixində keçirilən quru hərəkatında Şırnakın Gabar dağında 12 yoldaşıyla birlikdə şəhid olan əsgər Kapral Qasım Aksoyun qızları Günəş 14, Zəliha isə artıq 12 yaşındadır. Atalarının dəfninə dayılarının qucağında gətirilən uşaqların görüntüsü bütün Türkiyəni incitmiş, dərindən təsir etmişdi. Şəhidin qızları Günəş və Zəlihanın cırıq corablı və yalın ayaq görüntüləri bütün ölkəni duyğulandırmışdı. QƏNDİLİN ZİRVƏSİNƏ BAYRAQ SANCIN Günəş bu il litseyin birinci sinfinə gedəcək, Zəliha isə atasının adının verildiyi Beşat kəndindəki Şəhid Kapral Qasımoyabr Aksoy Orta Məktəbin 7-ci sinfinə gedir. Terror təşkilatı PKK üzündən atasız böyüyən Günəş və Zəliha, Qəndilə əməliyyata gedən əsgərlər üçün hər gün dua edir. Türk əsgərinin Qəndilin terrorçulardan təmizlənib atalarının qanını yerdə qoymayacağını deyən qızlar, dağın zirvəsində isə Türk bayrağının ucaldılmasını istəyir. ATAMIZIN QANI YERDƏ QALMAYACAQ Şəhidin qızı Günəş, "Mənim atam Qəndildə, İraq əməliyyatı keçiriləndə şəhid olmuşdu. Hazırda Türk əsgərləri Qəndildə əməliyyat aparır. İnşallah bayrağı dağın ən təpəsində ucaldacaqlar, atamın da qanını yerdə qoymayacaqlar. Bütün terrorçuları təmizləyəcəyik. Allah köməkləri olsun" deyib. Zəliha da "Bayrağımızı dağın ən təpəsində ucaldılanda biz o zaman arxayınlaşacağıq. Atamızın qanını yerdə qoymayacaqlar" deyə, söyləyib. ƏMƏLİYYATA GÜNƏŞ ADI VERİLMİŞDİ Qeyd edək ki, şəhid qızlarının Türkiyəni dərindən təsirləndirən görüntülərindən sonra Türk Ordusu Şimali İraqa 21 fevral 2008-də bir quru hərəkatı başladı. Əməliyyata Şanlıurfalı şəhid Kazım Aksoyun 3 yaşlı qızı Günəşin adı verilmişdi. Müxalifət.az