Şimali Kipr sahillərində faciə: 102 nəfər xilas edildi, ancaq...
18-07-2018 22:01
Baxış sayı:
10921

Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərində təxminən 30 kilometr aralıda batmaqda olan gəminin köməyinə cəlb olunub.
Muxalifet.az xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb. Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.