Şəmkirdə meşə yanır
11-07-2018 14:37
Baxış sayı:
4558

Şəmkir rayonunda meşədə yanğın başlayıb.
Muxalifət.az FHN-ə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.